Bakıda 8 yaşlı oğlan zorlandı
27 may 2011 16:38 (UTC +04:00)

Bakıda 8 yaşlı oğlan zorlandı

Bakıda dəhşətli zorlama hadisəsi baş verib. Bu barədə Lent.az-a Nizami rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, mayın 24-də paytaxt sakini, 1985-ci il təvəllüdlü Kartişa Yusif Anuşirəvan oğlu 8 yaşlı oğlan E.A-nı zorlayıb.


Məlumata görə, 26 yaşlı gənc azyaşlı oğlanı yaşadığı M.Ağayev küçəsində görüb və ondan rezin su borusunu həyətə salmağı istəyib. E.A. həyətə daxil olub, Y.Kartuşina həyətə girən uşağı zorlayıb.

Hadisədən xəbər tutan uşağın valideynləri hüquq-mühafizə orqanlarına xəbər veriblər. Y.Kartuşina saxlanılıb və bu gün Nizami rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar