Qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI
26 noyabr 2020 16:25 (UTC +04:00)

Qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

"Azəriqaz" İstehsalat Birliyi 2020-ci ilin 10 ayının iqtisadi göstəricilərini açıqlayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 faizi illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 223 599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub.

Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

# 1852
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar