806
11:40
20 Noyabr 2020

Azərbaycanda ordenlərin sayı 12-yə çatır

Azərbaycanda ordenlərin sayı 12-yə çatır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsinə əsasən, “Zəfər” və “Qarabağ” ordenləri təsis ediləcək.

Beləliklə, qanun layihəsinə əsasən, təltiflərin dərəcəsinə görə ordenlərin siyahısı aşağıdakı kimi olacaq:

Azərbaycanın ən yüksək təltifi - “Heydər Əliyev” ordeni;

“Zəfər” ordeni;

“Qarabağ” ordeni;

“İstiqlal” ordeni;

Azərbaycan Respublikasının ali hərbi ordeni - “Şah İsmayıl” ordeni;

“Azərbaycan bayrağı” ordeni;

“Rəşadət” ordeni;

“Şərəf” ordeni;

“Şöhrət” ordeni;

“Dostluq” ordeni;

“Vətənə xidmətə görə” ordeni;

“Əmək” ordeni.

Dİgər xəbərlər