117
14:50
15 Noyabr 2020

Hikmət Hacıyev: “Ermənistanın Kəlbəcəri boşaltması üçün verilən vaxt noyabrın 25-dək uzadılıb”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bəyanata əsasən, 15 noyabrda Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub: “Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcər ərazisinin noyabrın 25-dək təhvil verilməsinə razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmayıb”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.

Dİgər xəbərlər