542
14:54
13 Noyabr 2020

İranda koronavirusdan daha 461 nəfər öldü

“İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 461 nəfər ölüb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 40 582 nəfərə çatıb.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 11 737 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 738 322 nəfərə yüksəlib.

İranda indiyədək 546 642 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 630 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Dİgər xəbərlər