Koronavirusa yoluxub evdən çıxan qadın xəstəxanaya aparıldı
13 noyabr 2020 11:39 (UTC +04:00)

Koronavirusa yoluxub evdən çıxan qadın xəstəxanaya aparıldı

Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə "COVİD-19"a yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, belə ki, Xaçmaz şəhər sakini K.Məmmədova koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub. Həmin şəxsə yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.

"COVİD-19" infeksiyasına yoluxmuş qadın Quba rayonu ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun qaydaları pozaraq, yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilmiş və qadın təcili tibbi yardım avtomobilinə mindirilərək Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar