Kənd sakini özünü öldürdü
12 noyabr 2020 16:24 (UTC +04:00)

Kənd sakini özünü öldürdü

Ağdaşda kişi özünü bıçaqlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Xosrov kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Umarov Xancan Əmrxan oğlu yaşadığı evdə bıçaqla qarın və döş qəfəsinə xəsarət yetirib. Köməksiz vəziyyətdə qaldığı üçün çoxlu qan itirən Xancan Umarov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, bir uşaq atası olan Xancan Umarov bu yaxınlarda həyat yoldaşından ayrılıb. Bundan sonra onun psixoloji problemləri yaranıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

# 817
avatar

Oxşar yazılar