İşğaldan azad olunan rayonların polis rəisləri müvəqqəti komendant təyin edildi
12 noyabr 2020 14:36 (UTC +04:00)

İşğaldan azad olunan rayonların polis rəisləri müvəqqəti komendant təyin edildi

«Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 931

Oxşar yazılar