571
14:50
11 Noyabr 2020

İranda koronavirusdan ölənlərin sayı 462 nəfər artdı

“İranda son sutka ərzində koronavirusdan (COVID 19) 462 nəfər ölüb”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 39 664 nəfərə çatıb.

Nazirlik rəsmisi bildirib ki, İranda ötən 24 saat ərzində 11 780 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 715 068 nəfərə yüksəlib.

İranda indiyədək 536 105 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 601 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Dİgər xəbərlər