91
10:25
11 Noyabr 2020

Lənkəranda ev yandı, iki azyaşlı uşaq...

Lənkəranda ölümlə nəticələnən yanğın hadisəsi olub.

Lent.az FHN-in saytına istinadla bildirir ki, bu gün səhər saatlarında nazirliyin "112" qaynar telefon xəttinə Lənkəran şəhərində fərdi yaşayış evində yanğın olması və ev sakinlərinin içəridə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib. Uşaqlardan ikisi (1 və 6 yaşlı) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır.

Dİgər xəbərlər