Noyabrın 9-da Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini O.Həsənzadə noyabrın 1-də A.M.Şərifzadə küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirib.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, H.Z.Tağıyev qəsəbəsi ərazisində karantin rejimi ilə əlaqədar qurulmuş postda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.İbrahimov və əvvəllər məhkum olunmuş Q.Sadıqov avtomobillə birgə saxlanılaraq, Sumqayıt şəhər Polis İdarəsiə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.