İngiltərədə gücünə görə ikinci olan Çempionşipin 11-ci turunda “Koventri Siti”nin hiderlandlı yarımmüdafiəçisi Qustavo Hamer “Uotford”un qapısına qol vurub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı oyunçu cərimə meydançasının xaricindən topu başı ilə rəqib qapısına göndərib.
Amma futbolçunun səylərinə baxmayaraq, onun komandası Uotford”a 3:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Hamerin vurduğu qol müasir futbolda çox nadir halda vurulur.