Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
Lent.az-ın "koronavirus.info"ya istinadən verdiyi xəbərə görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Bu rayonda koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.8 faiz, Yasamalda 11.5 faiz, Sabunçuda 11.4 faiz, Nəsimidə 8.4 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.2 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.5 faiz, Xəzərdə 6.2 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.