Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb
04 noyabr 2020 12:17 (UTC +04:00)

Rusiyada son sutkada koronavirusdan 389 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 19 768 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 693 454 nəfərə çatıb.

Son sutka ərzində 389 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 29 217 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 897

Oxşar yazılar