28
11:40
03 Noyabr 2020

Gürcüstanda son sutkada koronavirusdan 20 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1943 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Qeyd olunub ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 44 522 nəfərə, ölənlərin sayı isə 362 nəfərə çatıb.

Virusa yoluxanlardan 28 633 nəfəri sağalıb.

Dİgər xəbərlər