Rayon sakinindən odlu silah götürüldü
24 oktyabr 2020 14:22 (UTC +04:00)

Rayon sakinindən odlu silah götürüldü

Goranboy sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Aşağı Ağcakənd qəsəbə sakini M. Məmmədova məxsus “VAZ-2106”markalı avtomobilə baxış zamanı oradan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

# 742
avatar

Oxşar yazılar