Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - DİQQƏT
23 oktyabr 2020 09:31 (UTC +04:00)

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq - DİQQƏT

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabr ayının 24-də və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə  əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur. 

# 568
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar