"Ordumuz savaşda Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub" - DEPUTAT
21 oktyabr 2020 12:14 (UTC +04:00)

"Ordumuz savaşda Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurub" - DEPUTAT

"Ali Baş Komandanımız oktyabrın 20-də xalqa müraciəti zamanı şanlı ordumuz tərəfindən işğalçı ölkənin silahlı qüvvələrinə məxsus çoxlu sayda silah və texnikanın məhv edildiyini bildirdi".

Lent.az məlumat verir ki, bu barədə deputat, iqtisadçı-alim Vüqar Bayramov bildirib. O qeyd edib ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycan ordusunun məhv etdiyi və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2,4 milyard dollardan çoxdur:

"Bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı, işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Şanlı ordumuz savaşın ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurublar.

Əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun Ümumi Daxili Məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq.

“Fitch” beynəlxalq agentliyinin kredit reytinqini aşağı saldığı işğalçı ölkəni post-savaş dövründə daha çətin günlər gözləyir".

# 1693
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar