Rusiyada koronavirusdan ölənlərin sayı 25 minə çatır
21 oktyabr 2020 11:37 (UTC +04:00)

Rusiyada koronavirusdan ölənlərin sayı 25 minə çatır

Rusiyada son sutka ərzində daha 15 700 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 447 335 nəfərə çatıb.

Son sutka ərzində 317 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 24 952 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

# 688
avatar

Oxşar yazılar