Daha 5 narkotacir tutuldu: külli miqdarda heroin, metamfetamin...
20 oktyabr 2020 12:29 (UTC +04:00)

Daha 5 narkotacir tutuldu: külli miqdarda heroin, metamfetamin...

Lənkəranda narkotik alverçiləri saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri Z.Fərəcov, M.Fərziyev, B.Kəliyev, N.Şıxəliyev və T.Zeynalov Lənkəran şəhəri ərazisində saxlanılıblar.

T.Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan Z.Fərəcova və M.Fərziyevə məxsus 3 kiloqram 575 qram heroin, 3 kiloqram 135 qram metamfetamin və 1 kiloqram 828 qram marixuana aşkar edilərək götürülüb.

# 742
avatar

Mehman Nəbiyev

Oxşar yazılar