11:17
17 Oktyabr 2020

Gəncədə müvəqqəti Operativ Qərargah yaradıldı

Ermənistan Ordusunun Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutması nəticəsində yaranan problemlərin də həlli ilə bağlı müvəqqəti Operativ Qərargah yaradılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Qərargah hadisə nəticəsində evləri dağılan, qalacaq yerləri olmayan sakinlərin müvəqqəti yaşayış yerləri ilə təmin olunması, bəzi ehtiyaclarının qarşılanması ilə məşğul olur.

Dİgər xəbərlər