Şotlandiya millisinin futbolçusu koronavirusa yoluxdu
08 oktyabr 2020 11:59 (UTC +04:00)

Şotlandiya millisinin futbolçusu koronavirusa yoluxdu

Şotlandiya millisinin futbolçusu Styuart Armstronq koronavirus pandemiyasına yoluxub.

Apasport.az saytının məlumatına görə, “Sauthempton”un yarımmüdafiəçisi dərhal karantinə alınıb.

Onunla təmasda olan yığmanın digər iki oyunçusu Kiran Tirni (“Arsenal”) və Rayan Kristi (“Seltik”) də prosedura uyğun olaraq özünü təcrid edib. Armstronq 10, digər iki oyunçu isə 14 gün karantində qalacaq. Hər üç futbolçu AVRO-2020-nin pley-off mərhələsində bu gün İsraillə, həmçinin Millətlər Liqasında Slovakiya (11 oktyabr) və Çexiya (14 oktyabr) ilə matçları buraxacaq.

Eyni zamanda, testi pozitiv çıxan yığmanın fizioterapevti və masajçısı da karantinə alınıb.

# 643
avatar

Oxşar yazılar