19:17
06 Oktyabr 2020

Keçmiş məhkum narkotiklə tutuldu

Lənkəranda narkotik alverçisi saxlanılıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Sultanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 866 qram tiryək aşkar edilərək götürülüb.

Dİgər xəbərlər