15:55
01 Oktyabr 2020

Cocuq Mərcanlıda evlərə külli miqdarda ziyan dəydi - RƏSMİ

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Baş Prokurorluqdan Lent.az -a daxil olan xəbərə görə, işğalçı ölkənin silahlı qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yaşayış evlərini intensiv atəşə tutması nəticəsində çoxsaylı evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Baş Prokurorluq tərəfindən ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.

Dİgər xəbərlər