12:25
28 Sentyabr 2020

Şəhərdaxili avtobusların hərəkətində dəyişiklik - RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi” haqqında fərman imzalayıb. Fərmana görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycana qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, sentyabrın 28-i saat 00:00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.

Ölkə ərazində hərbi vəziyyət elan olunmaqla, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) nümayəndəsi Nuridə Allahyarova Lent.az -a bildirib ki, ölkə ərazisində şəhərdaxiliavtobusların hərəkəti bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcək

"Qərar həm müvafiq regionlar, həm də Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslara aiddir. Avtobusların 20:00-dək işləməsinin səbəbi isə ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıda bilməklərinin vaxt tələb etməsi ilə əlaqədardır.

Dİgər xəbərlər