Ukraynada aviaqəzada yaralanan iki kursantdan biri öldü
26 sentyabr 2020 14:26 (UTC +04:00)

Ukraynada aviaqəzada yaralanan iki kursantdan biri öldü

Ukraynada aviaqəzada yaralanan iki kursantdan biri vəfat edib.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. 
Məlumatda qeyd olunur ki, qəzada bədəninin 90 faizi yanıq xəsarətləri alan kursantın vəziyyəti xəstəxanaya gətirilərkən ağır olub. 
Xatırladaq ki, Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında “An-26” tipli hərbi təyyarə qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində 20 kursant 7 uçuş heyəti olub.

Ölkənin Baş Prokuroru bildirib ki, qəzada 25 nəfər həlak olub.

Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti isə 23 nəfərin cəsədinin tapıldığını, iki nəfərlə bağlı axtarışların davam etdirildiyini deyib.
İki kursantın isə təyyarə qəzaya uğramazdan əvvəl özlərini təyyarədən atmağa müvəffəq olduğu bildirilib.

Bu gün səhər saatlarında isə bir nəfərin cəsədinin tapıldığı barədə məlumat verilib.

# 1345
avatar

Oxşar yazılar