Belarusda intihara cəhd edən etirazçı öldü
25 sentyabr 2020 15:28 (UTC +04:00)

Belarusda intihara cəhd edən etirazçı öldü

Belarusun Minsk vilayətinin Smoleviçi şəhərində ötən həftə güc strukturlarının fəaliyyətinə etiraz əlaməti olaraq intihara cəhd edən 35 yaşlı kişi ölüb.

Lent.az Tut.by.-a istinadla bildirir ki, Respublika yanıq mərkəzi mütəxəssislərinin məlumatına görə, kişinin nəfər yolları da daxil olmaqla bədəninin ümumilikdə 84 faizi yanıbmış. O, ağır vəziyyətdə olub. 

İnsident sentyabrın 18-də qeydə alınıb. Kişi özünü öldürməyə cəhddən əvvəl Daxili İşlər Nazirliyinin rayon şöbəsinə qapıdakı zənglə xəbər verib. Oradan çıxan milis işçisi yanğını söndürüb. 

 

# 1459
avatar

Oxşar yazılar