Bakıda tarixi binaların üzərindəki qanunsuz reklamlar sökülür - FOTO
24 sentyabr 2020 12:28 (UTC +04:00)

Bakıda tarixi binaların üzərindəki qanunsuz reklamlar sökülür - FOTO

Səbaildə tarixi binalar və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri davam edir.

Səbail Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayonunun mərkəzi hissəsində 19 və 20-ci əsrin tarixi binaları və memarlıq abidələri üzərində həyata keçirilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri İcra Hakimiyyəti tərəfindən intensiv şəkildə davam edir.

Məlumata görə, tarixi binalar və memarlıq abidələri üzərində xüsusi icazə sənədi olmayan və heç bir qaydaya riayət etməyən işıqlı reklamların qoyulmasının, konstruksiyaların kobud şəkildə pozulmasının, divarların deşilməsinin, daşları korlanmasının qarşısı qətiyyətlə alınır:

“Qeyd etmək istəyirik ki, qaydalara uyğun quraşdırılmayan reklam lövhələri şəhərimizin estetik görkəminə kölgə salır.

Bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3 maddəsinə əsasən, reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yerləşdirilə bilər”.

# 1501
avatar

Oxşar yazılar