Bakıda ayıq sürücü qəza törətdi - FOTO
22 sentyabr 2020 05:52 (UTC +04:00)

Bakıda ayıq sürücü qəza törətdi - FOTO

 

Bakının Nərimanov rayonunda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ayıq sürücü kimi fəaliyyət göstərən Seymur Ağayev idarə etdiyi "Chery" markalı avtomobillə hərəkət edərkən Ziya Bünyadov prospektində sükana nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi aşaraq körpüdəki yolayırıcı betona çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

# 2449
avatar

Oxşar yazılar