Oğlunu itirən İbrahim Borçalı: "5 ildir üzünü görmürdüm" - VİDEO
21 sentyabr 2020 17:25 (UTC +04:00)

Oğlunu itirən İbrahim Borçalı: "5 ildir üzünü görmürdüm" - VİDEO

Bir müddət öncə oğlunu itirən müğənni İbrahim Borçalı “Elgizlə izlə” verilişinə telefon zəngi ilə qoşulub.

Lent.az-ın məlumatına görə, ifaçı oğlunun ölümü barədə danışıb:

“Həyat çox acımasızdır. Mən oğlumu tanımadım. Onun 5 ilə yaxın idi ki, üzünü görmürdüm. Tətil vaxtı evə gələrdi, onda da mən ona deyirdim ki, sən evdə ol, mən işimin dalınca gedirəm. Yəni mən onu tam tanımamışdım. Özünə necə hörmət qazanmışdı. Öz-özümə deyirəm ki, niyə bununla çox ünsiyyətdə olmadım ki?

Çox efirlər məni çağırdı, getmədim. Dedim ki, hələ hazır deyiləm. Oğlum dünyasını dəyişəndən sonra 40 gün yatmadım. Qızımın 17 yaşı var, onun üçün yaşayıram”.

Qeyd edək ki, İbrahimin oğlu 22 yaşında vəfat edib. Gürcüstanda avtomobil qəzası keçirən Rəhimin həyatını xilas etmək mümkün olmayıb.

# 7048
avatar

Yalçın UĞUR

Oxşar yazılar