Xaricdən qanunsuz dərman gətirmək istəyi alınmadı
21 sentyabr 2020 13:13 (UTC +04:00)

Xaricdən qanunsuz dərman gətirmək istəyi alınmadı

Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi"Samur" gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, baxış zamanı avtomobilin salonunda əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük orqanlarına bəyan edilməyən 6 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları, müxtəlif adda 258 ədəd həb, 93 kapsul, 5 ampul, 2 flakon və bir ədəd maz olmaqla dərman preparatları, həmçinin 44 ədəd qarışıq kosmetik məhsullar aşkar edilib.

# 1213
avatar

Mehman Nəbiyev

Oxşar yazılar