"Müğənnilər həvəsdən düşüb" - Əməkdar artist
21 sentyabr 2020 11:19 (UTC +04:00)

"Müğənnilər həvəsdən düşüb" - Əməkdar artist

Əməkdar artist Ədalət Şükürov həmkarlarından söz açıb.

Lent.az-ın məlumatına görə, müğənni “Xəbər-ətər” verilişində bildirib ki, ifaçılar bir neçə aydır yenilik etmirlər:

“Müğənnilərin çoxu həvəsdən düşüb. Çünki yaradıcılıq işini görməyə stimul olmalıdır. İndi stimul yoxdur. Mən bu ərəfədə “Vətən var” adlı mahnını oxudum. Mənə elə gəlir ki, daha çox iş görmək üçün əhval olmalıdır”.

# 3418
avatar

Yalçın UĞUR

Oxşar yazılar