Orduya çağırışla bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT
21 sentyabr 2020 10:09 (UTC +04:00)

Orduya çağırışla bağlı yayılan məlumatlara RƏSMİ MÜNASİBƏT

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin orduya çağırılması ilə bağlı məlumatlara aydınlıq gətirib. 

Dövlət Xidmətindən Lent.az-a verilən xəbərə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.

# 13720
avatar

Mehman Nəbiyev

Oxşar yazılar