18:10
19 Sentyabr 2020

Ağcaqanad sancması: necə qorunmaq olar?

Ağcaqanad sancan yerdə qaşınma və qızartının əmələ gəlməsinə nəyin səbəb olduğuna o qədər də əhəmiyyət verilmir.
Aparılan araşdırmalar göstərib ki, şiş və qaşınmaya səbəb ağcaqanadın tüpürcəyidir.

Belə ki, qan çəkmək üçün 4 dəqiqəyə ehtiyacı olan ağcaqanadlar, bu müddət ərzində onu fərq edib öldürməyək, deyə dişləyəcəyi yerə ağrıkəsici effekti verən tüpürcək ifraz edir.

Tüpürcəyi keyləştirici effekt verir və bundan sonra bədənimizdə qan sormaq üçün kiçik qan damarları axtaran ağcaqanadın "əməliyyatı" zamanı heç bir ağrı hiss olunmur.

Ağcaqanad tüpürcəyi içərisində olan maddənin köməyi ilə qanın laxtalanmasının qarşısını alır və qanı soran ağcaqanadın işini asanlaşdırar.

Toksik olmasa da, ağcaqanadın tüpürcəyinə qarşı orqanizmin allergiyası olduğundan qaşınma və qızartı yaranır.

Araşdırmalar onu da ortaya qoyur ki, ağcaqanadlar dərimizdə yaşayan fərqli mikrobların çıxardığı qoxuya görə bizə yaxınlaşır. Belə ki, antibakteriyel sabunlardan istifadə etməklə ağcaqanad dişləməsindən qorunmaq olar.

Dİgər xəbərlər