
Aşqabadda rusdilli siniflər bağlandı - Rusiya nota verdi

Rusiyanın Xarici İşlər Nazirliyi Aşqabadda məktəblərdə rusdilli siniflərin bağlanması ilə bağlı Türkmənistana nota verib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin mətbuat xidməti məlumat yayıb.
"Rusiya XİN-də Aşqabadda yeni təhsil ilinin başlanması ərəfəsində məktəblərdə rusdilli siniflər sanitar-gigiyenik normalara riayət olunmasının vacibliyi ilə əlaqədar bağlanmasına diqqət yetirilib. Aşqabaddakı Rusiya Səfirliyi Türkmənistan tərəfinə məlum məsələyə aydınlıq gətirmək üçün müraciət edib. İndiyə kimi cavab almayıb. Bununla əlaqədar Rusiya XİN Türkmənistan XİN-ə Türkmənistanda rus dilinin, Rusiyada türkmən dilinin öyrənilməsinin təşviqini təmin edən iki ölkə arasındakı 2002-ci il 23 aprel tarixli dostluq və əməkdaşlıq haqqında Müqaviləyə cavab verən rus dilli siniflərin bərpa edilməsi məqsədi ilə vəziyyətə aydınlıq gətirilməsi üçün nota göndərib.
Ümid edirik ki, Türkmənistan tərəfi iki ölkə arasında dostluq münasibətləri ənənələri ruhunda ölkədə rus dilində təhsil sferasının ixtisarına imkan verməyəcək", - deyə Rusiya XİN məlumatında qeyd olunub.

Oxşar yazılar

Tripolidə küçə qarşıdurmalarında yaralıların sayı 226-ya çatdı - YENİLƏNİB
28 yanvar 2021 , 02:56
Ərdoğan İlon Maskla kosmik əməkdaşlığı müzakirə etdi
27 yanvar 2021 , 23:40Gənc reper özünü öldürdü
27 yanvar 2021 , 19:19
Evli sevgilisini güllələyib sonra da...
27 yanvar 2021 , 16:44
Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12