Azərbaycan və Türkiyənin hərbi təyyarələri Gəncə üzərində uçuş keçirir - YENİLƏNİB
15 sentyabr 2020 15:16 (UTC +04:00)

Azərbaycan və Türkiyənin hərbi təyyarələri Gəncə üzərində uçuş keçirir - YENİLƏNİB

Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, uçuşlar Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümünə həsr olunub.  

***

12:31

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2938

Oxşar yazılar