Fəttah Heydərov xatirələrdə: o, sadə insan, əvəzsiz sirdaş idi... - REPORTAJ
12 sentyabr 2020 16:20 (UTC +04:00)

Fəttah Heydərov xatirələrdə: o, sadə insan, əvəzsiz sirdaş idi... - REPORTAJ

Tanınmış ictimai-siyasi xadim Fəttah Heydərovun ölümündən bizi 40 günlük zaman ayırır. 

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurub, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olub.

1955-1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958-1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləyib. O, 1966-1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-1976-cı illərdə isə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışıb. 

Fəttah Heydərov 1976-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutub, 1978-1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olub. 

1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990-1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4080

Oxşar yazılar