Soyğunçuluq edən ata-oğul tutuldu
04 sentyabr 2020 13:57 (UTC +04:00)

Soyğunçuluq edən ata-oğul tutuldu

İyul ayının 20-də Gədəbəy rayon sakini olan bir xanım Polis Şöbəsinə müraciət edərək günorta saatlarında tanımadığı 2 nəfərin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonun alaraq qaçdıqlarını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, müraciətlə əlaqədar şöbə əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ. Zülfüqarov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini az yaşlı övladı ilə parkda gəzən zaman görmüş, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi yaşayış evinə qanunsuz daxil olaraq, soyğunçuluq edərək 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriliblər.

Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsini törətməsi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1619

Oxşar yazılar