Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarışı İdarəsi, Abşeron rayon Polis İdarəsi və Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində soyğunçuluqda şübhəli bilinən qrupun digər üzvü, Sabirabad rayon sakini B.Kərimov Şirvan şəhəri ərazisində saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməklə “Opel” markalı avtomobilindən içərisində 7000 dollar və 5341 manat olan çanta aparılıb.