2215
12:56
29 Avqust 2020

Məktəbəqədər və məktəbəhazırlıqla bağlı dərslərin başlanma tarixi AÇIQLANDI


Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində və ümumi təhsilin məktəbəhazırlıq mərhələsi üzrə dərslərin əyani başlayacağı tarix açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərarında bildirib. Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində dərslər sentyabrın 15-dən başlayacaq.

Ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə dərslər isə oktyabrın 1-dən başlayacaq.