2629
12:57
27 Avqust 2020

Bu rayonlarda su kəsiləcək - RƏSMİ

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artıb və nəticədə Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Lent.az -a verilən məlumata görə, bununla əlaqədar avqustun 27-də Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.