“Kraliça”nın hekayəti: “Ərimin qohumları cibgir olduğumu bilmirdilər, toyda...” – XIII BÖLÜM
25 avqust 2020 20:15 (UTC +04:00)

“Kraliça”nın hekayəti: “Ərimin qohumları cibgir olduğumu bilmirdilər, toyda...” – XIII BÖLÜM

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi...

Əvvəli: https://lent.az/news/368876

13-cü hissə

Kolondan çıxıb, birbaş Böyükxanım xalagilә gәldim - oğlumla görüşmәyә. Arvad mәni görәndә yaman sevindi. Sәn demә, әri yazıq da rәһmәtә gedibmiş, qalıbmış tәk. Hәmin axşam, gecә saat neçәyә kimi söһbәt elәdik, dәrdlәşdik. Ramizi yada salıb, ağladıq.

 

Sәһәri Böyükxanım xala dedi ki, ay qızım, daһa һeç yerә getmә, elə mənimlə qal. Rəhmətlik kişi sağ olanda qoymurdu, indi daha özümüzük də, mənim səndən başqa kimin var? Arvadın belə danışmağı çox kövrəltdi məni, dedim ki, arxayın ol, işə düzəlib, mütləq səsinlə qalacam…

 

Onda һәlә rәfiqәlәrim - Ruba, Sara da, içəridə idi; Sabir bağı da artıq dağılmışdı. Bağı təzədən quracaqdılar, Sabirin gözəl heykəlini də qoyacaqdılar. Bağ gözəlləşəcəkdi, amma oğruların beli qırılmışdı – daha yığışmağa yerləri yox idi. Oğrular bir yana yığışmayanda da, cibgirin evi yıxılır. Bilmirdim neyləyəm. Elə bir yer də yox idi ki, gedib, özümə bab “naparnik” tapaydım. Fikirlәşdim ki, bəlkə işә düzәlim, bir az işlәyim, görüm axırı nә olur. Әli Bayramov fabrikindә işә düzәldim. Heç iki gün keçmәmişdi, yolumu Sabir bağından saldım. Lap suyu sovrulmuş dәyirmana bәnzәyirdi. Hamı tәzәdәn düşdü yadıma - Kәlә dә, Marsel dә, Safura da, Klara da, Anka da... Ürәyim ağrıdı, bağrımın başı alışdı. Nә gözәl günlәr idi. Adamın başına nә faciә gәlsә də, özünü tək һiss elәmirdi, çarәsizlikdәn çaşmırdı. Bilirdi ki, iki dünya bir ola, dadına çatası vәfalı dostları var. Bütün bunları fikirlәşә-fikirlәşә birdәn tәkliyimi һiss elәdim. Tәklik, yalqızlıq yükü bütün ağırlığı ilә çiyinlәrimә çökdü, özümü lap itirdim...

 

Fatma danışır, mənimsə xəyalımda suyu çəkilmiş dəyirmana bənzəyən, kimsəsiz Sabir bağı canlanırdı. Orda böyük işlər gedirdi, hökumət böyük şairin adına layiqli bir park salırdı; özünün çıraqbanı, heykəli, fəvvarəsi olacaqdı. Bir anlıq həbsxanadan çıxan dostlarını, məsləkdaşlarını axtaran cibgir canlandı təsəvvürümdə... gözlərindəki çaşqınlığı gördüm. Suda boğulan saman çöpündən yapışar – atalar deyib bunu. Cibgir üçün də Sabir bağı həmin o saman çöpü idi – yapışmasa, qurtula bilməyəcək, çoxlarını çıxdaş eləyən həyatın girdabı onu öz bətninə sümürəcək, lap dərinə çəkəcəkdi. Bir də bu girdabdan harda çıxacaqdı, bəlli deyildi. Və çıxanda, ətrafını tanıya biləcəkdimi?..

 

Aləm dəyişir, oğru dünyası da, bu dəyişiklikdən kənar qala bilmirdi. Təhkiyəmizin yönünü azca dəyişmək, həyatı konkret bir insanın ömrü prizmasından deyil, ümumi faktlardan qiymətləndirmək məqamıdır; elə bilirəm, oxucular müəllifin bu istəyini düzgün qiymətləndirər... 

 

Belə bir mülahizə var ki, qanuni oğru institutu iyirminci illərin əvvəllərindən təşəkkül tapmağa başlayıb. Təbii ki, ilk “zakonnik”lər yarananadək öz ideyası ilə yaşayan və davranan insanlar olub, amma qanuni oğrulardan fərqli olaraq, onları vahid davranış kodeksi birləşdirmirdi; belələri fərdlər, daha çox tənha yalquzaqlar idi. 

 

Bu idarəçilik institutunun yaranması barədə isə, müxtəlif fərziyyələr var. Belə fərziyyələrin birində deyilir ki, ilk qanuni oğrular bu ideologiyanı Avropa qazamatlarından Rusiyaya gətirib, orada yayıblar. Başqa bir fərziyyə isə institutun yaranmasını təbii proses hesab edirdi, çünki ölkənin ağır vəziyyətində, cinayətin artdığı şəraitdə həbsxana mühitini də idarə etmək zəruri idi deyə, prosesin sükanı arxasına cəza çəkənlər arasında hörmət qazanmış insanlar keçir, məhbuslar arasında həm hakimə, həm də cəzaverici qüvvəyə çevrilirdi...

 

Daha bir fərziyyə deyir ki, qanuni oğruların sələfləri vətəndaş müharibəsindən sonra bekar qalan və ələ keçib, qazamata düşən ağqvardiyaçı zabitlər olub. Onların azadlıqda qalan yoldaşları dolanmaq üçün cinayət yoluna qədəm basmağa məcbur idilər. Öz adlarını “jiqan” qoyub, soyğunçuluq edir və çox vaxt milisin əlinə keçərək, barmaqlıqlar arxasına düşürdülər. Orada ideyalı “jiqan”lar özlərinə “urka” deyən və heç bir hökumət qanununa tabe olmadan, cinayət aləminin liderinə çevrilməyə can atan şəxslərlə ölüm-dirim mübarizəsinə girirdilər.

 

Konspiroloqların fikrincə, çarın keçmiş tərəfdarları yeni hökumətə qarşı gizli müqavimətə başlayırdılar. Onlar sovet hökumətini sarsıtmaq üçün cinayət yoluna çıxır, dövlət və şəxsi əmlakı talayırdılar. Bu versiyanın dolayı sübutlarını oğru qanunları ilə, ağqvardiyaçı zabitlərin şərəf kodeksi arasındakı müəyyən bənzərlikdə də tapmaq olar. 

 

Geniş yayılmış versiyalardan biri isə deyir ki, qanuni oğruların yaranmasında sovet hökumətinin öz maraqlı olub. İnqilabdan sonrakı illərdə ölkədə siyasi məhbuslar üçün yaradılan, milyonlarla insanın cəza çəkdiyi, QULAQ sisteminə daxil olan düşərgələrdə saysız-hesabsız fərdlər seçimdən keçirdi – gənc sovet hökumətinin isə azadlıqdan məhrumetmə yerlərində qayda-qanunu təmin etmək üçün gücü yox idi. O vaxtlar güc strukturlarının nümayəndələri cəza çəkənlər arasından “zakonnik”lər seçirdi ki, böyük məhbus kütləsini onların əlilə idarə etsin...

 

İkinci Dünya Müharibəsi başlananda, dövlətin qərarı ilə, bütün məhbuslara azad seçim verildi. O vaxtdan etibarən, cinayətkarlar orduya könüllü gedərək, vətəni müdafiə edə, cinayətlərini öz qanları bahasına yuya bilərdilər. 

 

Məhbusların xeyli hissəsi bu çağırışa qoşularaq, cəbhəyə getdi. Onların oğru ideologiyasına kökündən zidd olan bu hərəkəti hökumətə qulluq edərək döyüşən cinayətkarlarla oğru qanununa sadiq qalanlar arasında barışmaz ziddiyyət yaratdı. Hökumətin çağırışını qəbul edən oğruları “suka”, yəni, satqın adlandırmağa başladılar. Müharibədən sonra, döyüşən oğruların bir qismi yenidən həbsxanaya düşəndən sonra bu ziddiyyət əsl ölüm-dirim mübarizəsinə çevrildi. Bu, barmaqlıqlar arxasında başlanan böyük müharibə idi...

 

İdeyasına sadiq oğrular döyüşdən gələnləri qəbul etmirdi, çünki onların anlayışına görə, hökumətlə istənilən əməkdaşlıq qanuna ziddir. Təzələr isə təbii ki, ideyalı oğrulara tabe olmaq istəmirdi. Məhz elə bu zaman, hökumət qüvvələri heç cür tərbiyələnmək istəməyən oğruları özünə tabe etmək üçün “suka” adlandırılanları müdafiəyə girişdi. Onların müdafiəsinə qalxan hökumət orqanlarının gücünü hiss eləyən “suka”lar rəqiblərini qırmağa və eyni zamanda, öz sıralarını genişləndirməyə başladılar. Bunun üçün oğrulara yaraşan xüsusi rituallar uyduruldu – indi “sukanın” bıçağını öpmək bəs edirdi ki, istənilən qanuni oğru “güclülərin” sırasına daxil olsun. Oğru dünyasının yeni kastasına çevrilən “suka”lar zonlarda, məhbəslərdə dəhşətli azğınlıqlar edirdi. Onlardan ibarət xüsusi cəza dəstələri yaradılır, itaətsizliyilə fərqlənən zonlara ezam edilirdi.

 

Beləliklə, on minlərlə insanın qanı bahasına başa gələn qələbələr “suka”lar sırasına yeni-yeni dəstələrin qatılması ilə bitirdi. Belə dəstələrdən ən məşhuru oğru Vaska Pivovarovun briqadası idi. Vaska özü cəza batalyonunda döyüşmüş, sonra da NKVD-nin (Xalq Daxili İşlər Komissarlığı – İ.Ə.) “adamına” çevrilmişdi. Onun əsas funksiyası hər düşərgədə yaradılmış “suka” dəstələrinə yardım göstərmək idi. Pivovarovun Karaqanda zonunda yaradılmış dəstəsi Vorkuta, Norilsk, Anqarsk, Kitoy, Kolımanı dolaşaraq, arxasınca yüzlərlə meyit buraxmışdı...

 

Bu müharibə tarixə “suka müharibəsi” kimi daxil oldu. Onun nəticəsində, qanuni oğruların sırası xeyli seyrəldi: oğruların bir qismi öldürüldü, bir qismi isə “suka”lara qoşuldu. Ən barışmaz oğrular üçünsə Maqadan yaxınlığındakı Vanino buxtasındakı paylama məntəqəsi müəyyənləşdirilmişdi; inadından dönməyən qanuni oğrular ora göndərilirdi. Və qeyd edək ki, ilk dəstələrdən qalmış sonuncu dönməz oğru orada, 1993-cü ildə ölmüş, artıq 75 yaşı olan “Kirpiç” ləqəbli bir şəxs idi...

 

“Suka müharibəsi” Stalinin ölümündən sonra bitdi, ölkədə rejimin yumşaldılması prosesi başladı. Lakin düşərgələrdə, zonlardakı bu sakitlik uzun sürmədi, altmışıncı illərin əvvəllərində məhbusların rejimi sərtləşdirildi, onlara verilən görüşlər, gələn “peredaça”lar azaldıldı. Məhz bu vaxt müharibədən salamat çıxmış qanuni oğrular öz kanallarını işə salaraq, zonlara gələn ərzağı, dərmanı artıra bildilər və beləliklə, yenidən hakimiyyətə keçdilər. Sukalar dinc mübarizəyə üstünlük versə də, silahı əllərindən yerə qoymamışdılar. Onlar qanuni oğru kodeksinin dəyişdirilməsini tələb edirdilər. Yeniliklərin ideya atası oğru Anatoli Çerkasov (“Çerkas” oldu). O, müharibədə döyüşmüş, bir medala və bir ordenə layiq görülmüşdü. 

 

“Çerkas” dörd əsas düzəlişin qüvvəyə minməsini tələb edirdi və bu məsələni oğrular arasında müzakirəyə çıxarmışdı. Birincisi, qanuni oğrunun ömrünün çox hissəsi boyu qazamat çəkməsini zəruri saymırdı. O deyirdi ki, qanuni oğrular azadlıqda daha effektiv olar, daha çox iş görərlər. “Çerkas”ın fikrincə, qanuni oğrular zonları özlərinin səlahiyyətli nümayəndələri – “polojenetslərin”, “smotryaşilərin” əlilə idarə edə bilər.

 

İkinci ideya, oğru obşakının “sexovşiklər” üzərinə müəyyən bac qoyması idi. “Sexovşik”, dövlət nəzarətindən kənarda fəaliyyət göstərən biznesmenlərə deyilirdi. “Çerkas” bu fikirdə idi ki, qeyri-leqal kommersantlardan alınan bac, ümumi gəlirin on faizindən artıq ola bilməzdi, çünki daha ağır yükün altına girməyə məcbur olan işbazlar bəd ayaqda milisə müraciət edə bilərdilər, oğrulara isə bu lazım deyildi.

 

“Çerkas”ın üçüncü tələbi hüquq-mühafizə orqanları ilə müəyyən əməkdaşlığa qoyulan qadağanın ləğvi idi. Bu bənd qəbul olsaydı, müəyyən işbirliyinə yol verilər, bundan səmərəli şəkildə istifadə olunardı.

 

Sonuncu təklifi isə oğru birliyi üçün məmurlar və qanun keşikçiləri arasından himayədar tapılmasına icazə verilməsi, onların ələ alınması üçün obşakın vəsaitindən istifadənin mümkünlüyü oldu.

 

Sonralar “Çerkas”ın təklifləri yetmişinci illərin əvvəllərində Kiyev şəhərində keçirilən oğru “sxodka”sında (yığıncağında) qəbul olundu. Bununla da qədim oğru ideyasının əsasları laxladı, oğruların mafiyalaşması prosesi başlandı. Bu artıq elə bir dönüş idi ki, ordan geriyə yol yox idi...

 

Fatma danışırdı - çaşqınlığının səbəblərini dəqiq bilmədən danışırdı, çünki bu proseslərin ilk müjdələrini duysa da, əsas hadisələr sonralar olacaqdı... Fatma hələ əllinci illərin axırlarından danışırdı, amma mafiyalaşma prosesi artıq başlamışdı...

 

...Günlәr ötdü, yavaş-yavaş rәfiqәlәrim dә azadlığa çıxdılar. Әvvәlcә Sara ilə tapışdım, sonra Klara, Anka, Nina, Valya da bizә qoşuldu. Başladıq işlәmәyә, qazamatda oturduğumuz günlәrin ağrı-acısını çıxarmağa. İndi yığışmaq üçün rahat yerimiz Basin küçәsi idi, ora Pirojkovı məhəlləsindən (“Vətən” kinoteatrının arxasındakı məhəllə) qızlar da gəlirdi. Mәnim üstümdә dava salırdılar - boyum balaca, əllərim xırdaydı deyә, hamıdan yaxşı işlәyirdim. “Hәrif”ә yaxınlaşanda, çiynindәn asılmış “durka”sı düz qurşağımla bir bәrabәrdә dururdu – “pokupka” elәmәyә nә vardı ki... Әyilmirsәn ki, qıraqdan görünә, duyuq düşәlәr – elәcә, әlini uzat, götur.

 

Yenә dә әsas oylağımız Torqovı, Telefonnı küçәlәriydi, bu başdan vurub, o biri başdan çıxırdıq. “Tri muşketyor”un haqqını verib, şəhəri dağıdırdıq... Onda milis patruluna “tri muşketyor” deyirdik, çünki həmişə üç nəfər olurdular. Qazancımızın tәn yarısını türmə “qrevinә” yollayırdıq. Bineyi-qәdimdәn belә olub ki, “tubzon”u (һәbsxanaların mәrkәzi xәstәxanasında vәrәmə yoluxmuş dustaqların saxlandığı yer) arvadlar “qret" elәyirdi. Xәstәlәrә pay-puş yollamadığımız һәftәlәri elә bilәrdik ki, böyük günaһ işlәtmişik, gecәlәr raһat yata bilmәzdik... Belәcə, işlәyirdik... 

 

Fikirlәşәndә, yeddi-sәkkiz il qabaqkı hәyatımızla müqayisәdә, elә bir şey dәyişmәmişdi, bircə Sabir bağı yox idi, vәssalam. Amma bizim һamımız üçün ata ocağı sayılan bu bağın yoxluğu elә bil oğru һәmrәyliyini dә özüylә aparmışdı. Qabaqkı kimi bütün oğrular elliklә һәr gün görüşüb dәrdlәrini, sevinclәrini bölüşә-paylaşa; dəstə-dəstə bölünmüşdülər. Yalnız özümüz görüşürdük - kiçik bir oğru kollektivimiz vardı. Çalışardıq ki, bu kiçik ailә dә һәmin o böyük oğru ailәsinin ab-һavasını, adәt-әnәnәsini yaşatsın…

 

1961-ci ilin əvvәllәrindә gözәl bir oğlanla tanış oldum. Adı Kamal idi, lәqәbi “Krasavçik”. Necə deyərlər, su axar - çuxurunu tapar; Kamal da cibgir idi, özü dә sayılan oğrulardandı. Qәşәng tәbәssümü vardı, o dövrün dәbinә uyğun, әn baһalı pal-paltar geyinir, davranışına, oturub-durduğu adamlara xüsusi tәlәbkarlıq göstərirdi, Yәni onun xarakterindәki bu cәһәtlәrdә mәnim üçün qeyri-adi sayılası һeç bir şey yox idi. Kamal әsl oğrular kimi gözәl yaşamağa, gözәl geyinmәyә, gözәl keflәr elәmәyә can atırdı. Quşum qondu ona. Bir müddәt görüşdük, axırda qәrara gәldik ki, ailә quraq. Cavan idik dә, onda һәlә һeç birimiz düşünmürdük ki, qurduğumuz bu ailәnin ömrü nә qәdәr olacaq, allaһ bizә nә qәdər bir yerdә yaşamaq nәsib edәcәk..

 

Yaxşı yadımdadır, 1961-ci ildә, düz pullar dәyişәn gecәsi toyumuz oldu. Daһa icazә almağa da bir oğru ağsaqqalımız yox idi - Sabir bağıyla birgə dağılmışdılar. Amma һәr ikimiz oğruyduq deyә, bilirdik ki, məsləhətə getsəydik, xeyir-duamızı verәcәydilәr. 

Dәmir yolu idarәsinin yemәkxanasında oldu toyumuz. O vaxt artıq özümә ev dә almışdım, Poluxin küçәsi dalan 1, mәnzil 7; kamançaçalan Habilin evi idi. Amma ordan gəlin getmәdim; məni baldızımgildәn apardılar toyxanaya. Kamalın bacısı Salyan kazarmalarının yanındakı hərbi şəhərcikdə yaşayırdı - mәn ordan gәlin getdim…

Amma böyük bir problemimiz də vardı - Kamalın adamları oğru olmağımızdan xəbərdar deyildi, bilmirdilər ki, mәn dә cibgirәm. Onun yaxşı qoһumları vardı, böyük-böyük vәzifәlәrdә işlәyirdilәr, aralarında lap prokurorluqda, milisdә işlәyәnlәri dә vardı; toyda mәni görsəydilər, tanıya bilәrdilәr. İkimiz birlikdә çox ölçüb-biçәndәn sonra, baxdıq ki, yeganә әlac toyda üzümü açmamağımdır. Nә başınızı ağrıdım, bütün toy boyu özümü һәyalı, ismәtli bir gəlin kimi apardım, üzümdəki duvağı çıxarmadım ki, çıxarmadım...

 

(Ardı var)

 

 

# 54841
avatar

İlqar Əlfi

Oxşar yazılar