04:23
21 Avqust 2020

Bakıda avtomobilin vurduğu piyada koma vəziyyətinə düşdü

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1965-ci il təvəllüdlü Ağayarov Kazım Ağayar oğlu yolun kənarında hərəkət edən zaman yüksək sürətlə gələn minik avtomobili onu vurub. Yaralı təcili təxirəsalınmaz tibbi yardım xidməti vasitəsilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Həkimlərin APA -ya verdiyi məlumata görə, yaralı xəstəxanaya komatoz vəziyyətdə daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Dİgər xəbərlər