
14 yaşlı qızın ərə verilməsinin qarşısı alındı
Zərdab rayonunda erkən nikah faktının qarşısı alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsindən Lent.az-a bildirilib ki, avqustun 19-da komitəyə “Təmiz dünya” İctimai Birliyindən Zərdab rayon kənd sakininin 14 yaşlı qızını erkən nikaha məcbur etmək məqsədi ilə nişanladığına dair məlumat daxil olub.
Müraciətin araşdırılması barədə komitə nəzdində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) müvafiq tapşırıqlar verilib.
Məsələ ilə bağlı Zərdab UADM-nin, Zərdab rayon İcra Hakimiyyətinin və Zərdab rayon Polis Şöbəsinin məsul əməkdaşları ailəyə səfər edib, vəziyyətlə yerində maraqlanıblar.
İlk növbədə azyaşlı ilə söhbət aparılıb və məlum olub ki, valideynləri 14 yaşlı qızı məcburən təhsildən yayındıraraq nişanlayıb, orta təhsilini başa vuraraq ali məktəbə daxil olmaq istəyinin reallaşmasına məhdudiyyət qoyublar. Bununla da həddi-buluğa çatmamış azyaşlının Azərbaycanın qanunvericiliyində nəzərdə tutulan bir sıra hüquqlarının pozulmasına kobud cəhd olunub.
Məsələ barədə uşağın təhsil aldığı kənd məktəbinin direktoru məlumatlandırılıb, öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməli olduğu onun diqqətinə çatdırılıb.
Uşağın valideynləri törətdikləri kobud qanun pozuntularının mahiyyəti və müvafiq normativ aktlarda nəzərdə tutulan hüquqi məsuliyyətləri ilə əlaqədar məlumatlandırılıb, izahatları alınaraq onlara ciddi xəbərdarlıq da edilib.
İctimaiyyətin haqlı qınağına səbəb olan bu hadisə Dövlət Komitəsi və Zərdab rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu” çərçivəsində nəzarətə götürülüb.
Eyni zamanda məsələnin həddən artıq ciddiliyini və nikaha girmək istəyən digər tərəfin də məsuliyyət daşıdığını nəzərə alaraq qarşı tərəflə də məcburi erkən nikahın qarşısının alınması istiqamətində müvafiq iş aparılır.

Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18