Polis şöbəsində saxlanılan şəxs ölüb
16 avqust 2020 18:26 (UTC +04:00)

Polis şöbəsində saxlanılan şəxs ölüb

Hacıqabul Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

APA-nın məlumatına görə, 1968-ci təvəllüdlü Məlikov İkram Həbib oğlunun şöbənin müvəqqəti saxlanma təcridxanasında öldüyü qeyd edilir.

Ehtimallara görə adı çəkilən şəxs özünü asaraq intihar edib. Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə göndərilib.

Faktla bağlı Hacıqabul prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8451

Oxşar yazılar