Bakıda velosiped oğrusu və narkotik alverçisi tutuldu   
11 avqust 2020 13:46 (UTC +04:00)

Bakıda velosiped oğrusu və narkotik alverçisi tutuldu  

Nəsimi rayonunda velosiped oğurlayan şəxs saxlanılıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi  əməliyyat zamanı Qulu Quliyev 41 və Ceyhun Səlimov küçəsi 7 ünvanlarında ümumi dəyəri 1220 manat olan iki ədəd velosiped oğurlayan paytaxt sakini Ayhan İsayev tutulub. O, ifadəsində oğurladığı velosipedləri dəyər-dəyməzinə satdığını deyib. 

 

Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb. Onun əlindəki kağız torbaya baxış zamanı kibrit qutularının içərisində satış üçün qablaşdırılan ümumi çəkisi 15 qrama yaxın olan qurudulmuş marixuana aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Azər”adlı tanışından 700 manata aldığını bildirib.

 

Qeyd olunan faktlarla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1660
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar