1324
12:25
08 Avqust 2020

"Bu sahibkarlara dəstək göstəriləcək" - Nazir müavini

“Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun 1 aylıq maaşı həcmində dəstək göstəriləcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın birifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

Onun sözlərinə görə, 215 min işçini əhatə edən dəstək icra edilib: “170 minə yaxın fərdi mikrosahibkara da dəstək göstərilib. İkinci mərhələdə də bu sahibkarlara dəstək göstəriləcək. Eyni zamanda avqust ayında ehtiyacı olan sahibkarlara müraciət etməsi üçün müraciət etmişik. Sahibkarlıq subyektlərinin rəsmi əməkhaqqısına uyğun ödənişlər edirik. Orada qeyri-rəsmi işçi olubsa, sistemdə görünmür”.