Ən heyrətamiz kitab dizaynları
07 avqust 2020 16:05 (UTC +04:00)

Ən heyrətamiz kitab dizaynları

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika-biblioqrafiya şöbəsi izləyicilərə kitablar və mütaliə mədəniyyəti, qeyri-adi kitab dizaynları haqqında videoçarx təqdim edib.

Lent.az AZƏRTAC-a istinadla bildirir ki, Baş İdarədən verilən məlumata görə, insanlar gündəlik olaraq kitablarla qarşılaşırlar. Bu gün elektron kitabların sayı da durmadan artır. Amma nəşr edilən kitablar arasında elə poliqrafik şedevrlərlə rast gəlirik ki, onların yanından sadəcə laqeyd ötüb keçmək qeyri-mümkündür. Onları oxuyur, kolleksiya toplayır, hədiyyə edirlər, axı yaxşı kitab həmişə ən dəyərli və nəcib hədiyyələr sırasında yer alır.

Belə deyirlər ki, kitablar haqqında onların üz qabığına görə mühakimə yürütmək olmaz.

Xəzər rayon MKS-i bu dəfə dəyərli izləyicilərinə cildlər və üz qabıqları haqqında bütün təsəvvürləri dəyişəcək, ən heyrətamiz dizayner kitabları haqqında hazırladığı videoçarxı (https://youtu.be/xQ_m1cD-s_k) təqdim edir.

# 8917
avatar

Oxşar yazılar