Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 149-a çatdı
07 avqust 2020 07:19 (UTC +04:00)

Beyrut limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 149-a çatdı

 

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “Lorient-Le Jour” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, buna qədər hadisə nəticəsində 137 nəfərin öldüyü, təxminən 5 min nəfərin də yaralandığı deyilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535

Oxşar yazılar