Azərbaycana koronavirusla mübarizə üçün nə qədər həkim gəlib?
06 avqust 2020 17:36 (UTC +04:00)

Azərbaycana koronavirusla mübarizə üçün nə qədər həkim gəlib?

“Digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilib. Bu həkimlər Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadandır. Bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət bizim həkimlərlə bərabər fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə baş nazir Əli Əsədov deyib.

Baş nazir qeyd edib ki, görülmüş preventiv tədbirlər nəticəsində və xüsusi karantin rejimi tətbiq olunandan sonra riskli zonalarda əhali bu məsələlərdə daha diqqətli olmağa başlayıb: “Bu, özünü həm izolyasiyada, həm də maskalardan istifadə və digər epidemioloji tədbirlərə əməl edilməsində göstərir. Bunun nəticəsi olaraq, Operativ Qərargah görülmüş işlər, xəstəliyin cilovlanması və azalması sayəsində avqustun 5-dən bəzi yumşalma proseslərinə başlamışdır. O cümlədən məruzə etməliyəm ki, əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılmışdır. Həmin bölgələrdə vəziyyət normaldır”. 

# 3184
avatar

Oxşar yazılar